EU4Culture: Yerli ekspertlər üçün çağırış

Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi EU4Culture beynəlxalq mobillik qrantına müraciət edən şəxslərin müraciətlərini qiymətləndirmək üçün Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasından müstəqil yerli ekspertlər axtarır.

Layihə çərçivəsində hər ölkədə 2 yerli ekspert seçiləcək. Seçilmiş yerli ekspertlər müvafiq olaraq Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasından olan müraciətlərin məzmunla bağlı qiymətləndirilməsini təmin etmək üçün təyin olunacaqlar. Müraciətlərin qiymətləndirilməsi Goethe-Institut-un proqram idarəetmə sistemində məsafədən həyata keçiriləcək.

Kimlər müraciət edə bilər?

Yerli ekspert Azərbaycan, Ermənistan, Gürcüstan və ya Moldova Respublikasının vətəndaşı və rezidenti olmalı və aşağıdakı tələblərə cavab verməlidir:

Peşəkar təcrübə

  • Mədəniyyətşünaslıq və ya yaradıcı sənaye sahəsində ən azı 5 il iş təcrübəsi
  • Mədəni və Yaradıcı Sənayelər (CCI) sektoru haqqında sübut edilmiş anlayış
  • Qrant müraciətlərinin qiymətləndirilməsi təcrübəsi
  • Şərq Tərəfdaşlığı regionunda və ya Aİ-nin Şərq Qonşuluğu məsələlərində iş təcrübəsi üstünlük kimi qiymətləndiriləcək
  • Aİ layihələri ilə təcrübə üstünlük kimi qiymətləndiriləcək

İxtisas və Bacarıqlar

  • İncəsənət idarəçiliyi, mədəniyyətşünaslıq və ya ekvivalentində Universitet (MA) dərəcəsi
  • Əla analitik və ünsiyyət bacarıqları
  • Səlis yazılı və danışıq ingilis dili
  • Ekspertin təmsil etdiyi ölkənin səlis yazılı və danışıq dili
  • Kompüter bacarıqları
  • Əsas büdcə bacarıqları
  • Yaxşı analitik, tənqidi və mühakimə qabiliyyəti
  • Təlimat və göstərişlərə ciddi əməl etmək bacarığı
  • Qısa şəkildə mənalı rəy bildirmək bacarığı
  • Vaxtın idarə edilməsi bacarıqları və son tarixləri yerinə yetirmək bacarığı

Maraqlanan ərizəçilər Goethe Ərizə Portalında qeydiyyatdan keçməyə və ərizə formasını doldurmağa dəvət olunur. Müraciət edənin CV-si, iki istinad edən şəxsin adları və əlaqə məlumatları doldurulmuş ərizə forması ilə birlikdə təqdim edilməlidir.

Ərizənin təqdim edilməsi üçün son tarix: 11 aprel 2022-ci il.

EU4Culture layihəsi Şərq Tərəfdaşlığı ölkələrində mədəniyyət və yaradıcılıq sektorunu dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihə Goethe İnstitutu (rəhbər), Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri və Gürcüstandakı Fransa İnstitutu tərəfindən həyata keçirilir.


» Ətraflı məlumat