KH22

ALMAN - AZƏRBAYCAN MƏDƏNİYYƏT BİRLİYİ

Azərbaycanda Almaniyaya, alman mədəniyyəti və dilinə maraq çox böyükdür. Azərbaycan iqtisadiyyatının inkişafında, ictimai həyatında Almaniyanında rolu çox olmuşdur. Alman mənsubiyyətli memar Nikolaus von der Nonne XIX əsrin sonunda Bakının burqomisteri idi. O, 1878-ci ildə əksər hissəsi almanlardan ibarət olan Bakıdakı Yevanqelik – Lüteran şura kilsəsinin və icma evinin (Kapellhaus) tikilməsini sifariş etmişdir. 1908-ci ildə Kapellhaus-un “Alman Kilsəsinin” tərkib hissəsi kimi alman pastoru cənab Rixard Tsimmerman tərəfindən təntənəli açılışı qeyd edilmişdir. Lakin Sovet hakimiyyəti dövrünün əvvəllərində, yəni 1920-cil ildə alman mədəniyyətinə zərbə vurulmuşdur. Müəssisələrin milliləşdirilməsi nəticəsində alman sahibkarları ölkəni tərk edirdilər. Kilsələr müsadirə edilir və məqsədə uyğun istifadə olunmurdu. II Dünya müharibəsi zamanı və həmçinin müharibədən sonrakı qarışıqlıq illərində “Kapellhaus” unudularaq insanların gözləri qarşısında dağıdılıb, 1980-ci illərin sonunda isə tamamilə yandırılmışdır.
1991-cil ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra alman-azərbaycan əməkdaşlığını bütün sahələrdə inkişaf etdirmək mümkün oldu. Yaranan alman-azərbaycan mədəniyyət birliyi doğma məkanı olan “Kapellhaus”-un bərpası və bunların fəaliyyətlərinin nəticəsində çiçəklənən iki tərəfli mədəniyyət mübadiləsini davam etdirmək ideyası yarandı. Azərbaycan tərəfini təmsil edən Mədəniyyət Nazirliyi və Abidələrin Qorunması İdarəsi “Kapellhaus”-un binasını və ona aid olan torpaq sahəsini istifadə üçün icarəyə verdi. Mədəniyyət Mərkəzinin avadanlığı üçün Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən vəsait ayrıldı. Onu da qeyd etmək lazımdır ki, “Kapellhaus” –un bərpası alman şirkətinin mühüm dəstəyi olmadan mümkün ola bilməzdi. Belə ki, WİNTERSHALL AG şirkəti neft konsorsium çərçivəsində 1997-ci ildə “Kapellhaus”- un bərpası üçün 500.000 Alman Markası məbləğində vəsait ayırmışdır.
Mədəniyyət və Görüş mərkəzini işlətmək məqsədi ilə “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyi yarandı. 1998-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bina və ona aid olan torpaq sahəsinin istifadə hüququnu Mədəniyyət Birliyinə 99 il müddətinə verdi. “Kapellhaus” birliyinin üzvləri ilk andan öz üzv haqqları və böyük əhəmiyyət daşıyan könüllü fəaliyyətləri ilə layihəni uğurla davam etdirirlər.
2000-ci fevralın 16-da müvəqqəti açılışdan sonra “Kapellhaus” Bakının mədəniyyət həyatının tərkib hissəsinə çevrildi və XIX əsrdən alman mühacirlərinin görüş yeridir.

kh logo

Ünvan: 28 May küç. 35, AZ1010, Bakı, Azərbaycan
Tel.: +994 12 4938041
İş saatları: Bazar ertəsi - Cümə, saat 10:00 - 18:00
Web: www.kapellhaus.az | E-Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Facebook: kapellhaus.az | İnstaqram: kapellhaus