GZ1

BAKI HÖTE-MƏRKƏZİ

Bakı Höte-Mərkəzi 2017-ci ilin dekabr ayından etibarən "Kapellhaus"-da fəaliyyətə başlayıb və 02 İyun 2018-ci il tarixində Höte-İnstitutunun Baş Katibi təntənəli surətdə açdı.

Bakı Höte-Mərkəzi Höte-İnstitutunun Beynəlxalq şəbəkəsinin bir hissəsidir. Almaniya və Azərbaycan arasındakı mədəni əməkdaşlığı dəstəkləyir. Höte-Mərkəzi Almaniya ənənlərini təbliğ edir və digər mədəni tədbirlər və festival fəaliyyətləri ilə film, rəqs,musiqi, teatr, sərgilər, ədəbiyyat və tərcümə sahəsindəki beynəlxalq mədəni əməkdaşlığı dəstəkləyir. Höte-İnstitutlarının, Höte-Mərkəzlərinin, Mədəniyyət Cəmiyyətlərinin, Oxu Zallarının və həmçinin İmtahan və Dil Mərkəzlərinin şəbəkələri vasitəsilə biz artıq 60 ildir ki, bir çox insan üçün Almaniya ilə ilk əlaqələri yaratmaqda vasitəçi rolunda çıxış edirik. Höte-Mərkəzi Almaniyanın mədəni, ictimai, siyasi həyat barədə məlumatları ilə ətraflı təsəvvür yaradır. Bununla belə Bakı Höte-Mərkəzi və Azərbaycanda yerli incəsənət xadimlərini və mədəniyyət müəssisələrini dəstəkləyir.
Bakı Höte-Mərkəzi "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin binasında yerləşir.
Mərkəz  2009-cı ildən fəaliiət göstərən Alman Dili Tədris Mərkəzi və Xarici Dillər Universitetində yerləşən Alman Oxu Zalı ilə əməkdaşlıq edir.

Azərbaycanda Bakı Höte-Mərkəzinin açılması ilə Höte-İnstitutu Cənubi Qafqaz reqionunda öz şəbəkəsini və mədəniyyət layihələrini genişləndirir.


gz logo

Ünvan: 28 May küç. 35, AZ1010, Bakı, Azərbaycan
Tel.: +994 12 4938041
İş saatları: Bazar ertəsi - Cümə, saat 10:00 - 18:00
Web: www.goethe-zentrumbaku.az | E-Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Facebook: goethe-zentrumbaku | İnstaqram: goethe-zentrumbaku