UMI 00

İNTERAKTİV SƏRGİ

"KAİNAT. İNSAN. İNTELLEKT."

 

Höte-İnstitutu və Maks Plank Cəmiyyəti Almaniyadan qabaqcıl tədqiqat layihələrinə həsr edilmiş “Kainat. İnsan. İntellekt.” elmi ekspozisiyasını təqdim edir. Elmi-araşdırma layihələrinin illüstrasiya, video və təqdimat formatındakı interaktiv sərgi insanlığın böyük sirlərindən, elm dücüncələrinin nailiyyətlərindən danışır və elm və cəmiyyət üçün aktual məsələlər haqqında düşündürür.

“Kainat. İnsan. İntellekt.” Maks Plank Cəmiyyətinin elmi-araşdırma işlərinin nəticələrini təqdim edir, Almaniyadan müasir elmi kəşfləri nümayiş etdirir və Yer kürəsinin hər bir sakininə aid və insanlığın cavab verəcəyi önəmli suallar verir. Layihənin məqsədi gənclərin təbii-elmi araşdırmalarına marağın oyandırılması, təkbaşına düşündürməsi, eləcə də Almaniya və Alman dili ilə maraqlandırmasıdır.

Sərgi beş bölmədən ibarətdir: “Kainat”, “Homo sapiens yolu”, “Beynimiz”, “Antroposendə həyat” və “Süni intellekt”. Hər modulda yaradıcılar müasir interaktiv formatlardan istifadə edir: məsələn, üz morfinqi ilə video quraşdırma, kosmosda məsafəni nümayiş etdirən hava şarı ya da insan fəaliyyətinin ətraf mühitə təsirinə həsr olunmuş interaktiv laborator rəfi. Özəl quraşdırmalar səslənən musiqinin təsiri altında fərqli duyğular yaşamağa ya da robotla ünsiyyətə girməyə imkan verir. Ayrı eksponatlarla ştativlər yeni şeyləri öyrənməyə yardım edəcək - məsələn, 40 000 yaşı olan sümük fleytanın səslənməsi ya da qızılın yer üzündə haradan ortaya çıxması kimi şeylər. Bundan başqa, QR-kod vasitəsilə video, rəsm qalereyaları və ya podkast qismində əlavə materiallara giriş əldə etmək olar. Sərgi materialları Alman dilini öyrənənlər üçün uyğunlaşdırılmış və Alman və Rus dillərində təqdim edilmişdir. Rusiyadakı təqdimatdan sonra layihə bütün dünyada nümayiş etdiriləcəkdir.

Ekspozisiya ilk öncə Alman dilini öyrənən məktəbli və tələblər (10-20 nəfər) üçün nəzərdə tutulmuşdur - onlara Alman və Rus dillərində interaktiv ekskursiya-sınaqlar təklif ediləcəkdir. Həmçinin Almaniya və müasir elmi araşdırmalar ilə maraqlanan hər kəs iştirak etmək üçün dəvət olunur. Fərdi iştirakçılar yığma qrupu tərkibində sərgiyə baş çəkə bilərlər.

Sərgiyə qrup şəkilndə gəlmək üçün öncədən qeydiyyat lazımdır.