15092022P

ƏSƏD BƏY: "MƏŞƏQQƏTİ - HƏYAT"
SƏRGİ

1905-ci ildə Lev Nussimbaum adı ilə dünyaya gəlmiş Əsəd bəy qədər mədəniyyət tarixində fərqlənmiş ədəbiyyat xadimləri çox azdır. Onun Şərq ilə Qərb arasında körpünün qurulmasında müstəsna rolu olmuşdur. “Əli və Nino” Azərbaycan — Gürcüstan məhəbbət tarixçəsinin müəllifi olan Əsəd bəy, sonralar “Qurban Səid” təxəllüsü ilə də tanınıb.
Əsəd bəy Bakıda beynəlmiləl bir mühitdə - ruslar, almanlar və azərbaycanlıların arasında böyüyüb və XX əsrin əvvəllərində şəhərdə yaşanan ilk “neft bumunun” şahidi olub: o zamanlar, dünyada xam neftin demək olar ki, yarısı məhz Bakıda hasil olunurdu. Şərqin möhtəşəmliyi kəskin sosial fərqlər, fəhlə üsyanları və inqilabi təlatümlərlə əhəmiyyətli ziddiyyət təşkil edir. Oktyabr İnqilabından sonra, Bakıdan gedən yazar, müxtəlif ölkələrin sərhədlərini keçən kosmopolitə çevrildi: Mərkəzi Asiya, İran, Gürcüstan və Türkiyə onun Berlin şəhərinə gedən yolda müvəqqəti “dayanacaqlar” olub. Berlində o, İslam dinini qəbul edir, ən azı 18 kitab yazır və qısa zamanda Şərq üzrə mütəxəssis kimi tanınır.
1936 - cı ildə, Almaniyada onun kitablarının dərci qadağan olundu. Bundan sonra, o, İtaliyaya mühacirət etdi və 1942-ci ildə, yoxsulluq və hamının tərk etdiyi bir insan kimi dünyasını dəyişdi və beləcə, onun məşəqqətli həyatı bitdi.
Həqiqət və uydurmaların məharətlə bir-birinə qarışdığı “Şərqdə neft və qan” adlı tarixi-publisistik romanı, Əsəd bəyin əsas əsərlərindən biri sayılır və bu sərgidə iştirak edən rəssamların ilham mənbəyi qismində çıxış edir. Əgər dünya tarixinə Şərqdən nəzər salsaq, adi Avropaya yönəlmiş (“avrosentrik”) perspektiv, tam əks baxışa dəyişir. Əsəd bəyin hekayələrində, qəfil qüvvə ilə irəli atılan müasirlik, Qafqaz dağlarında və vadilərində yaşayan xalqların iftixarı, inadkarlığı və ənənələrinin dərk edilməsi təkrar-təkrar vurğulanır. Bütöv bir dövrün tənəzzülü ilə bağlı qəm-qüssə, onun pafossuz, lakin nəfis rəvayət etmə üslubunda həmişə rezonans doğurur.
Bu dəfə, biz həmişəki kimi ədəbi vasitələrlə deyil, təsviri incəsənət və kino dili ilə Əsəd bəyə müraciət etmək niyyətindəyik. Bu isə bizə onun yaradıcılığına yenidən nəzər salmağa imkan verəcək və bunun sayəsində, məkan təcrübəsi yeni estetik ölçülər açacaq.
Müasir rəssamlar və kinematoqrafçılar üçün “Şərqdə neft və qan” — poetik əks-səda kamerasıdır. Bu kamera, tarixi özünəinamdan əlavə, müasir dövrün təhlili və qiymətləndirilməsi üçün yeni imkanlar açır: Bu gün Azərbaycan və Qafqaz, Şərq ilə Qərb arasında çoxəsrlik dialoqda hansı mövqeni tutur? Tarixi irs və onun dili ilə işləyərkən, hansı estetik və bədii vasitələr tələb olunur? Nəhayət, Əsəd bəyin çoxsaylı baxışlarının hansıları hələ də tamamlanmasını gözləyir?

Kurator: Alfons Hug

Rəssamlar:

Əqdəs Bağırzadə / Bakı
Orxan Hüseynov / Azərbaycan
Orxan Hüseynov / Bakı
İsmayıl İman və Sabina Şıxlinskaya / Bakı
Nadya Kaabi-Linke / Berlin
Aleksandr Mişon / Xarkov və Bakı
Tomas Rentmayster / Berlin