10032018

MİŞA KUBAL
"SPACE-SPEECH-SPEED"
İŞIQ İNSTALYASİYASI

Alman sənətkarı Mişa Kubal, işıqla geniş şəkildə işləyir və onu şəhər strukturunda fəaliyyət göstərən effektiv bir vasitə kimi təsvir edir.

Rəssamın müdaxilələri əvvəlcədən gözə dəyməyən detalları vurğulayan, adi halı qeyri-adi hala çevirən və məkanın tanınmayan bir şəkildə dəyişməsini təmin edən ışıq və qaranlığın bərabər güclü istifadəsi ilə məkanı fəth edir. Mişa Kubalın əsərlərində az çoxdan yaxşıdır və minimalizmin təsiri çox güclüdür.

Mişa Kubal 40 ildir ki, incəsənətlə məşğul olur. Sənətkar musiqiçilərlə çoxsaylı əməkdaşlıq sayəsində öz instalyasiyası və səslər arasında bir simbioz yaradır. Onun bu günə qədər ən iddialı layihəsi olan ’res.o.nant’ hal-hazırda Berlin Yəhudi Muzeyində göstərilir. Ciddi qorunan və təhlükəsizliyinə nəzarət edilən muzey binasında işıq və musiqi sərbəst yayılır; səs dalğaları Mişa Kubal tərəfindən işıqlandırılan 24 metrlik hündür beton boşluqlarda rezonans yaradır.
Bir ay boyunca Kapellhausun əsas salonu insana düşünmək və istirahət üçün çağırış edən heyranedici işıq instalyasiyasına çevriləcəkdir.