01052018

RƏQS / VR TAMAŞASI
"VİST"


Azərbaycanda ilk dəfə Goethe-Zentrum Bakı fiziki teatrı, interaktiv virtual reallığı (VR) və artırılmış reallığı (AR) birləşdirən "VİST" unikal tamaşasını təqdim edib. Tamaşa 76 mümkün ssenaridən birinin prizmasından baxaraq bir ailənin tarixçəsini izləməyə imkan verir.
2013-ci ildən başlayaraq AΦE dance company bədii rəhbərliyi Aoi Nakamura və Esteban Fourmi rəqs sənətinin tamaşaçıya daha yaxın çatdırılması ilə məşğul olur. Öz missiyalarını yüksək keyfiyyətli, səhnə ilə sərhədlənməyən və izləyicilərdə baş verənlərə tamamilə qapılmaq zövqünü yaşadan tamaşalar yaratmaqda görürlər.
"VİST" artıq Avropa, Asiya və Avstraliyada nümayiş etdirilib. Tamaşa məkanında olan hər bir element (ifaçılar, tamaşaçılar, səs, obyektlər) kəşf olunan mövzuda tamaşaçının öz əksini tapmasına imkan yaradan ekosistemin bir hissəsidir.