050618

ALMAN VOKAL ANSAMBLI
"SJAELLA"


Oxşar və individual, yüngül və dolğun, dəqiq və sərbəst- məhz bu çoxşaxəlilik “Sjaeella” -nın musiqisinə xüsusi bir tərz verir. Leypsiqdən olan beş müğənni birlikdə öz dəst-xətlərini 2005-ci ildə müəyyənləşdirdilər və buna rəğmən hələ də yeni fərqli yollar kəşf edirlər. Onlar yeni cərəyanlara, təsirlərə hazırdırlar, musiqi rəngarəngliyini sevirlər və sərhədləri genişləndirməyə cəsarətləri var. Onların repertuarı çoxşaxəlidir və tam fərqli, müxtəlif janrlarda özlərini rahat və sərbəst hiss edirlər. Onların 2013-cü ildə Querstand markası altında buraxılan spiritual mətnlərin müasir ahəngli yazıldığı “Preisung” (tərif) adlı CD-ləri “Preis der Deutschen Schallplattenkritik “ mükafatına layiq görülmüşdür.

Bu universallığı və öz auditoriyasına yaxın ola bilmək bacarığı “Sjaella” qrupuna Almaniyada və xaricdə keçirilən məhşur musiqi festivallarında ( MDR Musiksommer, Meraner Musikwochen, Amman Jazz Festival ), radio və televiziya çıxışlarında (Berlinale, Annettes DaschSalon ) bir çox illər ərzində iştirak etmək imkanı yaratdı və həmçinin Vokal musiqisi üzrə Beynəlxalq Yarışmada 1-ci mükafatın alınmasına səbəb oldu ( Tampereen Sävel Finnland, Jugend kulturell, vokal.total Graz ). Konsert turları onları Polşaya, Finlandiyaya, İtaliyaya və İordaniyaya gətirib çıxardı. Sonuncu iki konsert səfəri BR Klassik və WDR tərəfindən lentə alınmışdır.
«Sjæl» və yaxud «Själ» danimarka və isveç dillərindən götürülüb mənası “könül” , “ruh” deməkdir.