16102018

ALMAN CAZ KONSERTİ
UVE ŞTAYNMETS


16 Oktyabr saat 14:00,  Rotunda Caz Klub: Mühazirə
16 Oktyabr saat 20:00,  Rotunda Caz Klub: Konsert

Uve Ştaynmets 1975-ci ildə Bremerverd şəhərində anadan olub, Berlin, Bern, Hindistan və Bostonda saksafon və musiqi nəzəriyyəsini öyrənmişdir. O, sərbəst bəstəkar, saksafon ifaçısı və müəllim kimi avropanın hüdudlarından kənarda, Hindistanda, Efiopiyada, Koreyada və ABŞ – da fəaliyyət göstərir, bədii fəaliyyətinə görə milli və beynəlxalq mükafatlar almışdır və həmçinin təhsili üçün tam təqaüd əldə etmişdir.
Uve Ştaynmets solist kimi Bob Mintzer, Joe Maneri, Mark Rossi, Ben Schwendener, Markus Stokxauzen kimi qruplarla və bəstəkar kimi isə böyük kollektivlərlə - Biq-Band, kilsə orqanı və simli kvartet və Britaniya Fitywilliam simli kvarteti ilə işləmişdir. İndiyə qədər Uve Ştaynmets öz şəxsi adı altında Almaniya və ABŞ- da 7 CD buraxmışdır.
2008-ci ildən etibarən Uve Ştaynmets Rostokda saksafon, ədəbiyyatşünaslıq və ansambl müəllimi kimi fəaliyyət göstərir.

»  www.bakujazzfestival.com/program