220920180

SƏRGİ
"GERİKONUN GƏMİ QƏZASI"


Müharibə, təqib və iqtisadi böhranlardan qaçan insanların sayı heç vaxt bu gün olduğu qədər yüksək olmayıb. Bu gün dünyada təxminən 60 milyondan çox insan qaçqındır. Bundan Azərbaycan da əziyyət çəkib, belə ki 90- cı illərdə Ermənistanla silahlı münaqişələr nəticəsində 200 mindən artıq insan Dağlıq- Qarabağ bölgəsini tərk etməyə məcbur oldu.
Qaçqınların gəldiyi ən iri 7 ölkədən 4 ölkə Afrika qitəsindədir. Bu ölkələr öz növbəsində Yaxın Şərqdəki hadisələrdən sonra ən çox məcburi köçkün sayına sahib ölkələrdir. 10 qaçqından 9-u inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Çox böyük ölçülərə çatmış qlobal miqrasiya təkcə müharibələr və daxili münaqişələrdən qidalanmır, burada həm də iqlim dəyişikliyi rol oynayır. Həmçinin görünməmiş demoqrafik artımın da rolu sonuncu yerdə deyil.
Hazırda Avropaya gələn, bütün çətinlikləri gözə alıb yola çıxan bugünkü qaçqınlar, yəqin ki, böyük miqrasiya dalğasının sadəcə ilk müjdəçiləridir.
Sərgi bədii vasitələrdən istifadə edərək qaçqın və miqrasiya mövzusuna müraciət edir, qaçqınların öz fərdiyyəti və tarixini bərpa edəcəyi poetik yanaşmada mərkəzləşir. Beləliklə, onları adətən aid edildikləri anonim kütlədən azad edilməsi məqsədini daşıyır.
Bu mövzudan sensasional şəkildə faydalanan KİV-dən fərqli olaraq, rəssamlar qaçqınlara öz ləyaqətlərini qoruyub saxlamaq ixtiyarını verən yumşaq tonlarla səslənən kontr-obrazlar yaradırlar.
Adad Hannah və Marcel Odenbach öz videolarında Parisin Luvr muzeyində yer alan Theodore Gericault ın "Meduzanın salı" (1818) rəsminə (Afrikanın qərbində hərbi dəniz freqatının qəzaya uğramasından sonrakı anı) müraciət edirlər. Arjan Martins yaratdığı böyük freskasında Atlantik okeanında keçən tarixi miqrasıyaların izlərini araşdırır, və həm də qul ticarətinin marşrutlarını göstərir. Omar Viktor Diop Afrika və Şimali Amerikada qaradərililərin azadlıq hərəkatını canlandıran portretlər silsiləsini təqdim edir. Sitara İbrahimova isə öz araşdırmalarında Azərbaycan və Ermənistanda iki kəndi nümunə göstərərək iki ölkə arasındakı münaqişələrə toxunur.