pasch

PASCH TƏŞƏBBÜSÜ HAQQINDA

PASCH təşəbbüsü alman dilinin xüsusilə böyük əhəmiyyət kəsb etdiyi, dünya üzrə 2000-dən çox məktəbi birləşdirir. PASCH "Məktəblər: gələcəyin tərəfdaşları" deməkdir. PASCH - tərəfdaşları nazirliklərə, məktəb rəhbərliyinə və məktəblərə alman dili dərslərinin inkişafı ilə bağlı məsləhətlər verirlər. Almaniyadan olan mütəxəssislər yerli məktəblərlə birgə işləyir və alman dili proqramlarının təkmilləşdirilməsində onlara dəstək olurlar. Almaniyadakı və xarici PASCH məktəbləri arasında mübadilələrə xüsusi diqqət yetirilir.

Dünya üzrə 600 000 şagird

Təhsil layihələri, müsabiqələr, Almaniyada və ya yerli çoxmillətli yay məktəbləri, tədris materialları, Almaniya universitetlərində sınaq təhsili həftələri və ya Almaniyada ali təhsil almaq imkanları ilə bağlı təhsil məsləhətləri: PASCH təşəbbüsü, tərəfdaş məktəblərdə məktəbliləri müxtəlif təkliflərlə alman dilini öyrənməyə həvəsləndirir, onların dil bacarıqlarını inkişaf etdirməyə və mədəniyyətlərarası qarşılıqlı əlaqələrə təşviq edir.

Müəllimlərə dəstək

PASCH, regional və regionlararası təkmilləşdirmə kursları, açıq dərs imkanları, habelə Almaniyada keçirilən təkmilləşdirmə kursları üçün təqaüdləri ilə tərəfdaş məktəblərdə alman dili müəllimlərini dəstəkləyir. Şagirdləri ilə birlikdə müəllimlər yerli, regional və regionlararası PASCH layihələrində iştirak edə bilərlər ki, bu da, bu yolla məktəblər arasında əlaqələrin qurulmasına töhfə verir.

PASCH əməkdaşları

PASCH, Federal Xarici İşlər Nazirliyinin Xaricdə Məktəblər üzrə Mərkəzi Ofisi (ZfA), Goethe İnstitutu, Alman Akademik Mübadilə Xidməti (DAAD) və Təhsil və Mədəniyyət Nazirliyinin Pedaqoji Mübadilə Xidməti (PAD) ilə əməkdaşlıq etdiyi təşəbbüsdür.

PASCH Azərbaycanda

Azərbaycanda ümumilikdə dörd PASCH məktəbi var ki, onlardan ikisi - Bakıda yerləşən 18 nömrəli məktəb və Tusi adına Gimnaziya Goethe-İnstitutu Gürcüstan tərəfindən dəstəklənir (Son durum: 09/2022-ci il tarixi). Əgər siz PASCH proqramı haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə bizimlə əlaqə saxla bilərsiz:


pasch logo

Cənab Florian Tack
Azərbaycan və Gürcüstanda dərs üzrə mütəxəssis
Adresse: Goethe-Institut Gürcüstan, Zandukeli küç. 16, 0108, Tiflis
E-Mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Ünsiyyət dilləri: alman, ingilis və rus